Həkimlər koronavirusa necə yoluxurlar?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Həkimlər koronavirusa necə yoluxurlar? - Cavab

Sağlamlıq

20 Aprel 2020 12:25 999


Təcili tibbi yardım həkimi Zakir Xəlilov iki gün əvvəl koronavirus səbəbilə dünyasını dəyişib. Ümumiyyətlə, son günlər həkimlərin COVİD-19-a yoluxma halları ilə tez-tez rastlaşırıq. 

Məsələn, bundan əvvəl Azərbaycanda 6 həkim virusdan müalicə alıb. Qazaxıstanda virusa yoluxan həkimlərin sayı 100-ü keçib. Ukraynada hazırda 1000 nəfərdən çox səhiyyə işçisi bu infeksiya ilə mübarizə aparır. 

Bildirək ki, bu mübarizədə məğlub olanların sayı da az deyil. Belə ki, İtaliyada hələ aprel ayının ortalarında koronavirusdan 120 həkim həlak olub. Böyük Britaniyada isə ölən tibb işçilərinin sayı 30-a yaxındır.  pizza

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış terapevt Rasif Bağırov qeyd edib ki, həkimin virusa yoluxması sadəcə onun səhlənkarlığı ilə əlaqədardır: “Bu, həkimin orqanizminin xüsusiyyətindən asılı deyil. Sadəcə müəyyən ehtiyatsızlığa yol verirlər, nəticədə dərhal virusa yoluxurlar və sonda ölüm hadisəsi baş verə bilir. Əslində, o işlə məşğul olan adamlar içərisində müəyyən qədər insan mütləq yoluxmaya məruz qalır. Çünki mümkün deyil ki, orada yoxlamaları sən 100 faiz ehtiyatlı aparasan. Mütləq ki, kimsə o ehtiyat tədbirlərini tam şəkildə görməyi unudur,yaxud edə bilmir. Məhz bu səbəblə də tez yoluxur. Burada ancaq ehtiyatsızlıqdan söhbət gedə bilər. Çünki bu təhlükənin maksimum şəkildə qarşısını almaq üçün kifayət qədər tədbirlər görülüb. O sahədə çalışan həkimlər lazımi şəkildə təlimatlandırılırlar. Onlara lazımi paltarlar , əşyalar verirlər. Hər şey həkimin özündən asılıdır. Həkim məsələyə ciddi yanaşanda qoruna bilir, yanaşmayanda da yoluxur”. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!