Kişilərdə qadınlara nisbətən daha çox müşahidə olunan böyrək xərçənginin erkən diaqnozu üçün bəzi simptomlar açıqlanıb.
Yenisabah.az xəbər verir ki, həkimlər bildirirlər ki, sözügedən xərçəng növü daha gənc yaşda özünü göstərdiyi zaman müalicəsi də daha effektiv olur.
Böyrək xərçənginin ən vacib 3 əlaməti isə aşağıdakılardır: Dördpendirli pizza
Sidikdə qan
İfraz zamanı sidiklə birlikdə qan axını müşahidə edildikdə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Əks təqdirdə bu böyrək xərçənginin əlaməti ola bilər.
Böyrəklərdə şişlik və ağırlıq
Xüsusən kişilər böyrək nahiyəsində hansısa sərt ağrı və şişlik hiss etdiklərində mütləq həkimə müraciət etməlidir. Nəzərə almaq lazımdır ki, böyrək xərçəngi əmələ gələn bir çox xəstələrdə bu hallara olduqca çox rast gəlinir.
Qabırğa və baldırlarda ağrılar
Qabırğalarda və baldırlarda ağrılar mütəmadi formada özünü göstərirsə, böyrək xərçənginin xəbərçisi olsa bilər. Bu hallar böyrək daşı və soyuqdəymə kimi vəziyyətlərdə də baş versə də, eyni zamanda xərçəngin mühüm əlamətlərindəndir.
Nazim Hacıyev
Telegram kanalımız