“Hələ işimiz bitməyib“ - ABŞ millisinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Hələ işimiz bitməyib“ - ABŞ millisinin baş məşqçisi

İdman

26 Noyabr 2022 10:26 765


"Hər iki komanda çox çalışdı  və bir-birinə çətinlik yaratdı. Nəticədən razı qaldım. Dünya çempionatında qol buraxmadan oynadığınız bütün matçlar yaxşıdır. Ancaq  qol vurmağımızı istərdim, çünki şanslarımız oldu".

Yenisabah.az xəbər verir ki, bu sözləri ABŞ millisinin baş məşqçisi Qreqq Berhalter DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda İngiltərə ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edərkən deyib.

O, 1/8 finala yüksəlmək istədiklərini bildirib: "Hələ işimiz bitməyib. Hər şey son turda İranla görüşdə həll olunacaq. Bilirik ki, 5 xal qazansaq, 1/8 finala çıxacağıq. Diqqətimizi bu məqsədə yönəldəcəyik”. Pepperoni pizza

Qeyd edək ki,  2 turdan sonra B qrupunda İngiltərə 4 xalla 1-ci, İran 3 xalla 2-ci, ABŞ 2 xalla 3-cü, Uels 1 xalla sonuncudur. ABŞ 3-cü turda noyabrın 29-u İranla qarşılaşacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!