Əməkdar artist Mehriban Xanlarova haqqında çıxan ölüm xəbərinə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, tanınmış aktrisa onunla bağlı yayılan məlumatları dezinformasiya adlandıraraq, sərt rekasiya verib.
"Məndən bir jurnalist Ramiz Məlikin ölümü ilə bağlı zəng edib müsahibə aldı və bu barədə danışdım. İndi baxıram ki, həmin müsahibəmə "sarı jurnalistika"ya xidmət edənlər yutubda fərqli başlıqlar qoyub özlərinə izləyici, baxış sayı toplamaq üçün hər cür şərəfsizliyi göstərirlər. Bu xəbər başlığını kim düzəldib bilmirəm. Ancaq burdan həmin şərəfsizə səslənirəm, ölsün sənin əzizlərin! Onda bilərsən ki, sensasiya yaratmaq məqsədilə yalandan dezinformasiya paylaşmaq nə deməkdir!" deyə, M.Xanlarova əsəbiləşib. Toyuqlu pizza
Telegram kanalımız