Həmkarından Rasim Musabəyova şillə kimi dərs

saytların hazırlanması

Evə çatdırılma

Həmkarından Rasim Musabəyova şillə kimi dərs

Siyasət

09 May 2019 09:51 4459


““Azneft” meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun yeraltı keçiddə pop-korn satan uşağı qovdurması ilə bağlı olaya münasibət bildirərkən deyib. 

O, bildiib ki, o uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi: Toyuqlu pizza

“Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.

Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi, qoy verdiyimiz puldan ona az da olsa həmin gün azacıq da olsa pul qalaydı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!