Həmkarlar İttifaqı Əli Həsənovun qudası ilə vidalaşır - Onun yerinə kim gətirilir?

saytların hazırlanması

Evə çatdırılma

Həmkarlar İttifaqı Əli Həsənovun qudası ilə vidalaşır - Onun yerinə kim gətirilir?

Siyasət

01 Avqust 2024 20:41 3060


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.

Yenisabah.az xalq.az-a istinadla xəbər verir ki, o, AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb. Avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda (AHİK) sədri postuna bir neçə namizəd olması iddia edilir. Toyuqlu pizza

İddialara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna  Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir.

Sahib Məmmədov 2021-ci ildən iqtisadiyyat nazirinin müavini vəzifəsinə çalışır. 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!