Həmkarlar Konfederasiyası Əhməd Əhmədzadənin müavinətini kəsdi -   EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

Həmkarlar Konfederasiyası Əhməd Əhmədzadənin müavinətini kəsdi - EKSKLÜZİV

Sosial

02 Aprel 2026 09:24 7910


Azərbaycanda bir qrup şəxsə verilən aylıq müavinət kəsilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif illərdə bir qrup şəxsi “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edib.

Həmin şəxslərə döş nişanı verilməklə yanaşı aylıq müavinət də (ömürlük) ayrılıb. Son dövrlərdə müavinətin məbləği 172 manat olub. Vəsait hər ay təltif olunan şəxslərin kart hesablarına köçürülüb. Pepperoni pizza

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu ilin fevral ayında müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. Səbəbini araşdıranda isə onlara müavinətin kəsildiyi deyilib.

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasından (“Kənd-Qida-İş”) məlumatı “Yeni Sabah”a təsdiqləyiblər. Lakin əlavə şərh verməkdən imtina ediblər:

“Ömürlük müavinətlərin dayandırılması barədə qərarı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası verib. Biz isə onu icra etmişik”, - federasiyasadan bildirilib.

“Yeni Sabah” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun məsələyə münasibətini öyrənmək istəyib. Lakin o, zənglərə cavab verməyib.

Qeyd edək ki, həmin təqaüdü alan şəxslər arasında bir sıra keçmiş və indiki məmurlar var. Onlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri və hazırda Baş nazir Əli Əsədovun köməkçisi postunda çalışan Əhməd Əhmədzadədir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rafail
    Bu fakt ciddi qanun pozuntusudur.Müavinətin kəsilməsi yox, yeni təltif olunanlara şamil edilməməsi doğru olardı.Ömürlük müavinət təyin edən orqan bu müavinəti ləğv edə bilməz!
    1 month ago
  • Roza Eyubova
    Həmin təqaüdçülırdən biri də mənəm. Mənə isə 2026-cı ilin yanvar ayından müavinat verilmir,bu barədə qabaqcadan məlumat verilmıyib,heç şikayyətimə də əmməli cavab verilməyib.
    1 month ago