Naftalanda həmkəndlisini öldürməklə hədələyən şəxs tutulub.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Martın 20-də Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini B.Qurbanov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün həmkəndlisi Y.Məmişovun onu öldürməklə hədələdiyini bildirib. Sezar pizza
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Y.Məmişov saxlanılıb, onu yaşadığı evə baxış zamanı qanunsuz saxladığı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.
Telegram kanalımız