Hemodializ xəstələri ilə bağlı TƏBİB-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hemodializ xəstələri ilə bağlı TƏBİB-dən açıqlama

Sağlamlıq

06 İyun 2020 21:39 1375


Bu gün sosial şəbəkələrdə böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərin xəstəxanaya getmələrində çətinlik çəkməsi barədə məlumatlar yayılıb. İddia olunub ki, tibbi yardıma ehtiyacı olanlar üçün nəqliyyat vasitəsi tapılmayıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün dializlə bağlı müraciət edən xeyli insan xəstəxanalara aparılıb və evlərinə qaytarılıb.

“Bildirmişik ki, Daxili İşlər Nazirliyinə həmin xəstələrin fərdi avtomobilləri ilə gedib gəlməsi üçün müraciət etmişik və onlar özləri gedib gələ bilər. Çünki 103 bu gün ağır iş rejimində işləyib. Bundan başqa, müraciət edənlər ya təcili yardım maşınları, ya da BNA tərəfindən təşkil olunmuş nəqliyyat vasitələri ilə xəstəxanaya aparılıb, daha sonra evlərinə qaytarılıb”, - deyə TƏBİB-in sözçüsü qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!