“Hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var” - Qurban Qurbanov

İdman

26 Avqust 2022 18:47 1166


"İddialı bir qrupa düşmüşük".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

50 yaşlı məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var: "Frayburq" və "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik". pizza hut

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la (Fransa) qarşılaşacaq. Qrupda oyunlara sentyabrın 8-də start veriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!