“Hər gün yeni əraziləri, strateji yüksəklikləri azad edirik” - Ali Baş Komandan

saytların hazırlanması

Evə çatdırılma

“Hər gün yeni əraziləri, strateji yüksəklikləri azad edirik” - Ali Baş Komandan

Siyasət

16 Oktyabr 2020 17:55 1133


“Azad edilmiş torpaqların ərazisini hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki, hər gün bu, dəyişir”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Prezident dünən 6 kəndin işğaldan azad edilməsini Azərbaycan xalqına çatdırdığını deyib: Toyuqlu pizza

“Ondan əvvəlki gün də daha çox sayda kəndlər azad edilib. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik. Hər gün strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir”, - deyə, Prezident əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!