“Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm” -   Allahşükür Paşazadə

saytların hazırlanması

Evə çatdırılma

“Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm” - Allahşükür Paşazadə

Sosial

30 Mart 2025 17:18 1523


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problem yarandığına dair məlumatlar da yayılıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən Allahşükür Paşazadə bildirib ki, onun səhhətində heç bir problem yoxdur:

"Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm. pizza mizza

Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb", - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib: "Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qurban
    Can ne siin seydir ki, bir damci agrifi, ne Allah yada dusur ne namaz, ne olum
    1 year ago