“Hər şeyin təzəsi, dostun köhnəsi“ - Britaniya səfirliyindən maraqlı paylaşım

saytların hazırlanması

Evə çatdırılma

“Hər şeyin təzəsi, dostun köhnəsi“ - Britaniya səfirliyindən maraqlı paylaşım

Siyasət

19 İyul 2024 13:07 598


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.

Yenisabah.az xəbər verir ki, səfirliyin "X" hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.

"Hər şeyin təzəsi, dostun köhnəsi" başlığı ilə paylaşılan fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb. pizza hut

Qeyd edək ki, Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub. 

Sözügedən foto Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə çəkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!