Hərbçilərin mübadiləsi İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər.
Yenisabah.az “Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib: “Bundan sonra heç olmasa cəhd edə bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın”. Dominos pizza
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Telegram kanalımız