Hərbçinin idarə etdiyi avtomobil kanala düşüb: Maşında olanlar axtarılır   - Video

saytların hazırlanması

Evə çatdırılma

Hərbçinin idarə etdiyi avtomobil kanala düşüb: Maşında olanlar axtarılır - Video

Hadisə

17 Aprel 2023 19:20 1437


Bu gün günorta saatlarında Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir. pizza

“Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!