Bu gün Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseyin 11-ci sinif şagirdləri üçün Naxçıvan şəhər 6, 9 və 11 saylı tam orta məktəblərin kompüter zallarında qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.
"Yeni Sabah" xəbər verir ki, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.
İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb. pizza hut
Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olublar.
Telegram kanalımız