Hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

Siyasət

10 May 2019 09:17 1110


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər. Dördpendirli pizza

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!