Hərbi xidmətdə ayaq barmaqlarını itirən şəxsin müavinəti kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətdə ayaq barmaqlarını itirən şəxsin müavinəti kəsildi

Sosial

24 Fevral 2025 12:25 250


İkinci qrup əlilliyi olan Mingəçevir rayon sakini Tural Zamanovun müavinəti 4 ildir kəsilib.

Yenisabah.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, 2009-cu ildə hərbi xidmətdə olan zaman Turalı şaxta vurub və ayağından zədə alıb. Nəticədə onun bütün ayaq barmaqları amputasiya olunub. 2010-cu ildən əlillik təyin edilən Tural 2021-ci ilə qədər müavinət alıb.

“10 il pensiya almışam. 2021-ci ildən bəri diaqnozum əlilliyi təyin etməyə imkan vermir. Bununla bağlı dəfələrlə müraciətlər də etmişəm. Amma heç bir köməklik göstərilməyib. İki övladım var. Anam da onkoloji xəstədir. Səhhətimizlə əlaqədar heç yerdə işləyə bilmirik”, - o bildirib. pizza sifarişi

2015-ci ildə Tural Zamanova dövlət tərəfindən avtomobil da verilib. Lakin 2021-ci ilin iyun ayında ona verilən 480 manat müavinət dayandırılıb. Səbəb kimi isə diaqnozun əlillik təyinatına imkan verməməsi göstərilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, vətəndaş yenidən qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!