Hərbiçilərimizin həyatını təhlükəyə atmayın - Video

saytların hazırlanması

Evə çatdırılma

Hərbiçilərimizin həyatını təhlükəyə atmayın - Video

Siyasət

23 Oktyabr 2020 17:16 1219


Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın işğal altında olan torpaqları uğrunda apardığı əks-hücum əməliyyatları ilə bağlı çox sayda foto və videolar paylaşılır.

Bu isə torpaqlarımız uğrunda mübarizə aparan əsgərlərimizin həyatı üçün ciddi təhlükə yarada bilər.

Bu səbəbdən cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşılmamalı, Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsi yazılmamalıdır. pizza

Həmçinin, Azərbaycanın hərbi hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmaları, şəhid və yaralılar barədə xəbər verilməməlidir.

Döyüşlər zamanı telefon və ya digər texnika ilə video, foto çəkilməməli, səs yazısı göndərilməməlidir. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika və ya hərbi hissələrin yanında fotolar çəkilib-paylaşılmamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!