500 mindən çox tələbə, alim və müxtəlif təbəqələrdən olan vətəndaş İranın keçmiş prezident Həsən Ruhanidən İslam Məşvərət Məclisinə (parlamentə) şikayət məktubu göndərib.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, məktubu imzalamış şəxslər Ruhaniyə qarşı 18 maddəlik ittiham irəli sürüblər.
Şikayətçilər parlamentdən eks-prezident haqqında son hökm çıxarana qədər hər bir ittihamın araşdırılmasını xahiş edirlər. Pepperoni pizza
Həsən Ruhani milli valyutanı dəyərdən salma, insanların kapitalını məhv etmə, qaçaqmalçılığı gücləndirmə, istehsalın məhv etmə və yerli istehsala dəstək verməmə, əsas dövlət vəzifələrini ikili vətəndaşlığı olan casuslara tapşırma, koronavirusdan ölümlərin artmasına yol açma, ölkənin maliyyə sərvətini hərraca çıxarma, özəlləşdirmə adı altında korrupsiyaya qurşanma və s. cinayətlərdə təqsirləndirilir.
Telegram kanalımız