Əməkdar artist Bəhram Bağırzadə siqareti tərgitməyinin 15-ci il dönümünü qeyd edib.
Yenisabah.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib:
"Məndən həyatımda etdiyim ən böyük axmaqlıq nə olduğunu soruşsanız, çəkinmədən cavab verərdim - siqaret çəkmək! 15 iyul, bu vərdişdən qurtulmağımdan düz 15 il keçir və mən xoşbəxtəm! Uca Allaha şükürlər olsun ki, dualarımı eşitdi. Məndən kişi kimi xahiş edən atama təşəkkür edirəm: “Bəhram, siqaret çəkmə!" Sezar pizza
Anam dua edirdi və həyat yoldaşım isə siqareti atan hər kəsin yaşadığı ən çətin anları dəf etməyə kömək edirdi".
2 il öncə koronavirusa yoluxaraq ölüm-dirim savaşı verən aktyor sağalmağında siqaret çəkməməyinin böyük rolu olduğunu da açıqlayıb:
"Bundan əlavə, zəmanəmizin ən böyük həkimlərindən olan doktor Rəşad Mahmudova təşəkkür edirəm ki, yenidən bu dünyaya qayıtdıqdan bir il sonra mənə dedi: “Bəhram, nə yaxşı ki, siqaret çəkmirsən, ağ ciyərlərin müalicəmizə yaxşı reaksiya verdi”. Odur ki, dostlar, dərindən nəfəs almaq üçün düşünün və bu asılılıqdan qurtulmağa çalışın!"
Telegram kanalımız