Heydər Əliyev Beynəlxalq Aeroportundan hava şəraiti ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Beynəlxalq Aeroportundan hava şəraiti ilə bağlı AÇIQLAMA

Sosial

21 Fevral 2025 00:44 209


Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülür.

Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Marqarita pizza

Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!