Həyətdəki zibilləri yandıran qadının özü də yandı

saytların hazırlanması

Evə çatdırılma

Həyətdəki zibilləri yandıran qadının özü də yandı

Hadisə

11 İyul 2023 15:52 729


Lənkəranda 45 yaşlı qadın yanıb. 

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Z.Hüseynova həyətdə təmizlik işləri görərkən zibil tullantılarını yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın zibillərin üzərinə benzin töküb. Bu zaman onun əlindəki əşya alovlanıb və Z.Hüseynova yanıb.  Pepperoni pizza

Köməyə gələn qonşular təcili yardım briqadasının köməyi ilə onu xəstəxanaya çatdırıblar. Xəstənin vəziyyəti ağır qiymətləndirilməsi səbəbindən zəruri tibbi yardımdan sonra Bakıya göndərilib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!