Həyətində çətənə yetişdirən 61 yaşlı kişi saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Həyətində çətənə yetişdirən 61 yaşlı kişi saxlanılıb

Kriminal

17 May 2019 12:54 1068


Ağdaş sakininin evində çətənə bitkiləri aşkar olunub.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Belə ki, mayın 16-da əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 61 yaşlı Elbrus İsmayılov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 61 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb. pizza hut

Faktla bağlı E.İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!