Həzm sistemini çökdürən qidalar - HANSILARDIR?

saytların hazırlanması

Evə çatdırılma

Həzm sistemini çökdürən qidalar - HANSILARDIR?

Sağlamlıq

13 Oktyabr 2023 17:32 5450


Sağlam pəhriz, idman və məşq həzm sisteminin müntəzəm işləməsini təmin edir. Ancaq bəzi qidalar maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bu qidalardan heç vaxt istifadə etməməliyik.

Yenisabah.az həzm sitemini çökdürən qidaları təqdim edir:

Ədviyyatlı qidalar: pizza hut

Ədviyyatlar qidalara dad verir. Ancaq yeməkdə həddən artıq istifadə edilərsə, bu, selikli qişanı qıcıqlandıra, orada yanma və ya turşuluq yarada bilər.

Yağlı qidalar:

Yağlı qidalar maddələr mübadiləsini yaxşılaşdırır. Lakin ifrat dərəcədə olduqda, o cümlədən qızardılmış yeməklər qəbul etmək maddələr mübadiləsini ləngidir. Bu da qəbzlik problemlərinə səbəb olur.

Kofeinli içkilər:

Kofeinli içkilərin qəbul edilməsi mədə turşusunu artırır. Bu, yuxu probleminə səbəb olur. Mütəxxəssislər qəhvə kimi içkilərin həddən artıq qəbul edilməsinin sidikqovucu təsir yaratdığını və  bədəndə susuzluğa səbəb ola biləcəyini bildirir.

Şəkərli qidalar:

Tərkibində yüksək şəkər olan qidalar və içkilər kökəlməyə səbəb olur. Bu qidalar qan təzyiqinin sürətlə qalxıb düşməsinə və aclıq hissinin yaranmasına səbəb olur. Bu da zamanla piylənmə riskini artırır.

Nəzrin Musayeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!