Hidayət Heydərov Böyük Dəbilqədə qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Hidayət Heydərov Böyük Dəbilqədə qızıl medal qazandı

İdman

18 Fevral 2022 20:28 803


Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

Yenisabah.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. 

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.  Dördpendirli pizza

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!