Hikmət Hacıyev Belarusdan olan həmkarı ilə görüşdü 

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Belarusdan olan həmkarı ilə görüşdü 

Siyasət

30 Avqust 2024 16:05 392


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belarus Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri İqor Sekretoyla görüşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə diplomat X hesabında paylaşım edib. 

Paylaşımda deyilir: "Bu gün mən seçkilərdə müşahidəçi qismində iştirak edən Belarus Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri İqor Sekretoyla görüşdüm.  Pepperoni pizza

Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun olaraq ikitərəfli gündəlikdə duran məsələlər müzakirə edilib. 

Regional və qlobal problemlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!