Hikmət Hacıyev: Gəncəyə atılan “Skad” Avropada ballistik raketlərin ilk istifadəsi idi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Gəncəyə atılan “Skad” Avropada ballistik raketlərin ilk istifadəsi idi

Siyasət

04 Oktyabr 2024 12:29 590


Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı "X"də paylaşımında qeyd edib.

PA rəsmisi bildirib ki, 4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan "Skad" ballistik raketləri ilə vuruldu: Toyuqlu pizza

"Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!