Hikmət Hacıyev haqda qeyri-etik fikirlər səsləndirən sabiq deputata jurnalistdən CAVAB:   “Bəsdir 2 min manatın davasını apardın!“

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev haqda qeyri-etik fikirlər səsləndirən sabiq deputata jurnalistdən CAVAB: “Bəsdir 2 min manatın davasını apardın!“

Hadisə

13 İyul 2021 08:55 6951


Sabiq deputat Etibar Hüseynovun "Müsavat TV"nin efirində Prezidentin köməkçisi Hikmət Hacıyev haqda səsləndirdiyi qarayaxma fikirlərə jurnalist Eynulla Fətullayev sərt reaksiya verib.

Yenisabah.az xəbər verir ki, jurnalist “facebook” səhifəsində Etibar Hüseynova belə bir sual ünvanlayıb:

“Jurnalist Etibar Hüseynova bir sualım var. Məgər parlaq prezidentin ətrafında istedadlı və qabiliyyətli məmurlar olmamalıdır? Prezidentin ətrafı boz rəngdən və boşluqdan ibarət olmalıdır? Azad düşüncəni və həyata fərqli baxışları boğan həsənovçuluq və ya mahmudovçuluq çiçəklənməlidir? Nədən narazısan? Həsənovun bulanıq qara kassasından axan korrupsiya qoxulu 2 min manatın yoxa çıxmasından? Şəxsi maraqlarından çıxış edirsən? Marqarita pizza

Bəsdir 2 min manatın davasını apardın! Məgər prezidentin qədəm qoyduğu yeni islahat epoxasından doğan plüralistik siyasət və sivil sistemin formalaşması ölkənin maraqlarına ziddirmi? Səni anlamadım, çünki mühafizəkar, gerizəkalı, iqtidarımızı uçuruma aparan məmurların iflasından və ifşasından kədərlənirsənmi? Çünki bu meydanda sənə və söyüşlərinə artıq yer yoxdur? Çünki yeni epoxada söyüşü təfəkkür və zəka əvəz edir?”

Qeyd edək ki, sabiq deputat Etibar Hüseynov Müsavat TV-nin efirində Prezidentin köməkçisi Hikmət Hacıyev haqda qeyri-etik fikirlər səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!