Hikmət Hacıyev Şuşadan paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Şuşadan paylaşım etdi

Siyasət

20 İyul 2024 13:27 580


"Şuşanın təbiəti 30 illik ayrılıq və ağrı-acıdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir".

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Şuşa şəhərindən olan keçmiş məcburi köçkünlər üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar əylənir, qocalar nərd oynayır, mühəndislər tikintini davam etdirirlər. Quşlar cingildəyir, arada yüngül yağış yağır. Sanki təbiət də 30 illik ayrılıqdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir”, - paylaşımda deyilir. Pepperoni pizza

Qeyd edək ki, Şuşada iyulun 20-22-də II Qlobal Media Forumu keçiriləcək. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!