Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycan Ordusuna qarşı döyüşdə azyaşlı uşaqdan istifadə etməsini əks etdirən görüntülərə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, H.Hacıyev bu barədə "Tvitter" hesabında paylaşım edib:
“Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”. pizza hut
Telegram kanalımız