Hikmət Mirzəyevin yerinə bu general təyin edildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Mirzəyevin yerinə bu general təyin edildi - FOTO

Rəsmi

04 İyun 2024 11:23 3167


Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsinə icraçı təyin edilib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib. pizza

A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!