Hindistan səfiri: Ermənistanın “Şimal-Cənub” dəhlizinə qoşulmasına razıyıq

saytların hazırlanması

Evə çatdırılma

Hindistan səfiri: Ermənistanın “Şimal-Cənub” dəhlizinə qoşulmasına razıyıq

Rəsmi

05 Dekabr 2023 14:29 1302


İran və Hindistan Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlıq edir, bu layihə çərçivəsində Ermənistanla işləməyə hazırıq və bunun ona hansı faydalar gətirə biləcəyini anlayırıq.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha bildirib.

Onun sözlərinə görə, qlobal inkişafın Asiyaya doğru hərəkəti regional qarşılıqlı asılılıq üçün unikal nəticələr yaradır. Dominos pizza

“Bunu dərk edən Hindistan hökuməti Şimal-Cənub dəhlizinin bir hissəsinə çevrilə biləcək Çabahar limanının inkişaf proqramına başlayıb. Ermənistan bu layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib.

Ermənistanın Çabarax limanından istifadə etmək və dənizə çıxışı olmayan yerləşməsini nəzərə alaraq asılılığını azaltmaq istəyini alqışlayırıq. Hindistan Ermənistanda yol infrastrukturunun inkişafında iştirak etməyə hazırdır. Ermənistan və Hindistan arasındakı münasibətlər əsrlərə gedib çıxır və İran bu əlaqənin inkişafına töhfə verən körpü rolunu oynayıb”, - Nilakşi Saha Sinha vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!