Hindistanda koronavirusun yeni ştammı tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda koronavirusun yeni ştammı tapıldı

Dünya

21 Aprel 2021 13:40 449


Hindistanlı həkimlər ölkənin Qərbi Benqaliya ştatında koronavirusun yeni növünü aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, SARS-CoV-2 virusunun yeni ştammı “B.1.618” adlandırılır.

Koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən “E484K” adlı mutasiya ilə xarakterizə edilir. Pepperoni pizza

Bu, koronavirusun Hindistanda aşkar edilmiş ikinci ştammıdır. Birinci ştamm “B.1.617” və ya ikili mutasiya etmiş koronavirus adı ilə tanınır.

Qeyd edək ki, “E484K” mutasiyası həmçinin koronavirusun Cənubi Afrika, Braziliya və Banqladeş ştammlarında da baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!