Hindu quru Azərbaycan paxlavasını təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Hindu quru Azərbaycan paxlavasını təriflədi

Şou

23 Yanvar 2022 09:57 947


Sadhquru kimi tanınan məşhur hind yogi Caqqi Vasudev öz “İnstaqram” səhifəsində Bakıdan daha bir video yayımlayıb.

Yenisabah.az xəbər verir ki, Sadhquru İçərişəhərdə ənənəvi Azərbaycan paxlavasını dadıb və onun dadından həzz aldığını bildirib.

Sadhquru etiraf edib ki, "bu, indiyə qədər daddığım ən ləzzətli paxlavadır". Pepperoni pizza

Sadhquru bütün dünyada yoqa proqramları həyata keçirən "İsha Foundation" xeyriyyə təşkilatının təsisçisidir. Fond bir milyondan çox könüllü tərəfindən dəstəklənir.

Sadhguru yoqa mövzusunda bir çox kitab müəllifidir. O, "World Peace Summit", Birləşmiş Millətlər Təşkilatı, Davos Beynəlxalq İqtisadi Forumu, TED konfransı və s. kimi nüfuzlu beynəlxalq forumların hər zaman arzu edilən qonağıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!