Bir müddətdir arıqlamaq istəyənlərə yeni üsul təklif edilir. Dəbdə olan bu üsulun adı hipnoterapiyadır. Hipnoterapistlər iddia edir ki, bu üsul vasitəsilə artıq çəkidən xilas olmaq çox asandır.
Maraqlıdır, həmin iddia nə dərəcədə doğrudur? Bunun tibbi əsası var?
Mövzu barədə “Yeni Sabah”a danışan dietoloq Leyla Zülfüqarlı vacib detallara toxunub: pizza
“Hipnoz deyəndə meditasiya üsulu ilə arıqlamaq nəzərdə tutulur. Bunu təbliğ edirlər ki, beyinə təlqin yolu ilə müəyyən siqnallar göndərərək arıqlamaq olur. Bütün bunlar müəyyən faiz nisbətindədir. Bu gün arıqlamaq böyük bir problemdir. Dünya Səhiyyə Təşkilatının bəyanatında qeyd olunub ki, 1 milyard insan bundan əziyyət çəkir.
İnsanların kökəlməsinə ən böyük səbəb isə yaşam tərzi və s-dir. Bəzi səbəbləri təkcə qida ilə əlaqələndirə bilmərik. Bütün nüansları aradan qaldırmadan, təkcə inanmaqla ideal çəkiyə sahib olmağımız mümkün deyil. Bir insan əgər hormonal problemlə bağlı çəki artımı yaşayırsa, beyninə arıqlamağı təlqin etsə də, bu sadəcə hazırlıq mərhələsi ola bilər”.
Ekspert belə üsulların yardımçı vasitə olduğunu vurğulayıb:
“Yaxşı olar ki, arıqlamağı qarşısına məqsəd qoyan şəxs kökəlmə səbəblərini dərindən araşdırsın. Amma yalnız hansısa hipnoz üsulu ilə arıqlamağa inanma aparat kosmetologiyası ilə çəki atmağa bənzəyir.
Belə məqamlarda həmişə qeyd edirəm ki, çəki atmağın əsas yolu kökəlmə faktorunu aradan qaldırmaqdır. Ancaq həmin iki metoddan heç biri bunu etmir. Bu, sadəcə müalicə ilə mümkündür. Bu üsulla sadəcə doğru qidanı seçib onunla qidalanmaq olar. Ancaq hipnoz və digər bu kimi üsullarla birmənalı çıxış yolu sayılmır. Biz həmin üsulları kompleks terapiyanın yardımçı vasitələri hesab edirik”.
Aytac Şahin
Telegram kanalımız