“Manchester City”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqanın 28-ci turunun təxirə salınmış “West Ham United”lə matçında (3:0) qol vurub.
Yenisabah.az xəbər verir ki, bu, norveçli hücumçunun ölkə çempionatının 2022/2023 mövsümündə vurduğu 35-ci qolu olub.
O, bir mövsümdə vurulan qolların sayına görə İngiltərə çempionatının mütləq rekordunu qırıb. Holann 1993/1994 mövsümündə 40 matçda 34 qol vuran Endi Koul və 1994/1995 mövsümündə 34 qol vuran Alan Şirerin rekordunu yeniləyib. pizza sifarişi
E. Holann eyni zamanda bu mövsüm Premyer Liqada 5 komandadan daha çox qol vurub. “Chelsea”, “Wolverhampton Wanderers”, “Nottingham Forest”, “Everton” və “Southampton” klubları bir mövsümdə 35-dən az qol vurub.
22 yaşlı norveçli hücumçu bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb. “Manchester City”nin bu mövsümün sonuna qədər ölkə çempionatında daha beş oyunu var. “Şəhərlilər” hazırda liqada “Arsenal” ilə birlikdə çempionluq uğrunda mübarizə aparırlar.
Telegram kanalımız