Holland baş məşqçi klubun tarixinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Holland baş məşqçi klubun tarixinə düşdü

İdman

11 Yanvar 2023 13:11 771


"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, yanvarın 10-da Liqa Kubokunun 1/4 finalında onun komandası "Çarlton"u 3:0 hesabı ilə məğlub edib. 

Bu, niderlandlı mütəxəssisin "Mançester Yunayted"lə 20-ci qələbəsi olub. O, klub tarixində 20-ci qələbəni ən tez qazanan baş məşqçi olub. Komanda Ten Haqın rəhbərliyi ilə 27-ci oyunda buna nail olub. pizza hut

Müqayisə üçün bildirək ki, komandanın sabiq baş məşqçilərindən Joze Mourinyo 20 qələbəni 31, Lui Van Qal 36, Mett Basbi 40, Ole Qunnar Sulşer 42, Aleks Fergüsson 45 oyuna qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!