Hollivud ulduzları Fələstinə dəstəyə görə sıxışdırılır

saytların hazırlanması

Evə çatdırılma

Hollivud ulduzları Fələstinə dəstəyə görə sıxışdırılır

Şou

23 Noyabr 2023 11:35 717


Hollivud istedad agentliyi UTA fələstinpərəst mitinqdə iştirakından sonra aktrisa Susan Sarandonu müştəri siyahısından çıxarıb.

Yenisabah.az Deadline-a istinadla xəbər verir ki, "Oskar" mükafatlı aktrisa Fələstinə dəstək üçün bir neçə mitinqdə iştirak edib və bundan sonra dediyi sözlərə görə tənqid atəşinə tutulub.

O deyib: “İndi bir çox insan yəhudi olmaqdan qorxur və bu ölkədə müsəlman olmağın nə demək olduğunu anlamağa başlayır". pizza hut

Sarandon öz çıxışında başqalarını da fələstinliləri dəstəkləməyə davam etməyə təşviq edib.

"Oscar" mükafatlı aktrisadan başqa "Scream VII" filmində rol almağa hazırlaşan Melissa Barrera da antisemit kimi şərh edilən bəzi sosial media paylaşımlarına görə çəkilişlərdən kənarlaşdırılıb.

Barrera "Instaqram" səhifəsində Fələstinə dəstəyi ilə bağlı mesaj yerləşdirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!