Hollivud ulduzu vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Hollivud ulduzu vəfat etdi

Şou

08 Yanvar 2022 08:31 844


Hollivud ulduzu Sidni Puatye 94 yaşında dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, aktyorun ölüm səbəbi məlum deyil.

O, “ən yaxşı kişi aktyor” nominasiyasında "Oskar" mükafatı qazanan ilk qaradərili şəxsdir. Dördpendirli pizza

Puatye 1927-ci ildə ABŞ-ın Mayami şəhərində anadan olub. 1958-ci ildə "Müdafiəsizlər" filminə görə Oskar mükafatına namizəd olduqdan sonra 1963-cü ildə "Çöldəki zanbaqlar" filminə görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar qazanıb.

O, 40-dan çox filmdə rol alan aktyor-siyasətçi kimi də tanınır. S.Puatye1997-2007-ci illərdə Baham adalarının Yaponiyadakı səfiri olub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!