Hoteldə anasını buna görə öldürübmüş... -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hoteldə anasını buna görə öldürübmüş... - VİDEO

Kriminal

29 Avqust 2025 12:33 5477


Qadın otel otağında qətlə yetirilib. Şübhəli kimi yeniyetmə oğlu saxlanıb.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Polisə məlumat daxil olub ki, ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən oteldə qadın qətlə yetirilib.

Dərhal əməliyyat qrupu hadisə yerinə gedib və baxış keçirilib. Meyit müayinə edilməsi üçün məhkəmə tibbi ekepertiza və pataloji anatomiya birliyinə aparılıb. Hadisə yerindən çəkiliş edib, bəzi təfərrüatları öyrənmək istəsək də "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" dən buna icazə vermədilər. Dördpendirli pizza

Xəbərə görə, yeniyetmə ilə anası arasında mübahisə qadının qısa paltar geyinməsi üstündə baş verib.

Məlumata görə, şübhəli bilinən 16 yaşlı yeniyetmə Qazax rayonuna gedərək polisə təslim olub, cinayəti törətdiyini etiraf edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!