Hovuz kampaniyası edən otel də cərimələnib

saytların hazırlanması

Evə çatdırılma

Hovuz kampaniyası edən otel də cərimələnib

Sosial

06 İyul 2020 15:07 827


"Fairmont Baku" otelində karantin rejimini pozanların polis tərəfindən saxlanılması ictimaiyyət tərəfindən müsbət qarşılansa da, otel rəhbərliyinin məsuliyyət cəlb olunmaması sosial şəbəkədə müzakirə mövzusu olub.

Yenisabah.az xəbər verir ki, tanınmış vəkil Cavad Cavadov şəxsi "facebook" hesabında "bəs otel rəhbərliyi nə üçün cəlb olunmur məsuliyyətə?",- deyə hüquq mühafizə orqanlarına sual edib. Vəkilin sözlərinə görə, "Fairmont Baku" otelində karantin rejimini pozulmasında əsas məsuliyyəti onlar daşıyır: "Otel rəsmi reklam verib və kampaniya təşkil edib. Otelin adını da çəkməkdən çəkinirlər".

Criminal.az saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, otelin rəhbəri olan fransız vətəndaşı Mathieu Greppo da məsuliyyətə cəlb olunub. Həmin şəxs yüksək məbləğdə cərimələnib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!