Bir neçə gün öncə dünyasını dəyişən müğənni Səyyad Əlizadə Füzuli rayonunun Babı kəndində dəfn olunub. Müğənninin vida mərasimində sənət dostlarından yalnız Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi deyilsə də, o bunun yanlış olduğunu digər həmkarlarının da dəfnə qatıldığını bildirdi.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov yazılanlara sərt reaksiya verib. O, mərhum həmkarının dəfnində iştirak etmək üçün Füzuliyə yollandığını bildirib:
“Necə yəni təkcə Yusif Mustafayev iştirak edib? Belə bir şey ola bilərmi? Bütün həmkarlarımın dəfnində hər zaman iştirak etməyə çalışmışam. Belə şeylər yazmaq düzgün deyil, Səyyad Əlizadənin dəfninə demək olar ki, bütün sənət dostları qatılmışdı. Dünən Nazənin xanım, Yusif müəllim, aşıq Mübariz, aşıq Fərhad, sənət dostumuz Samir və bir çox digər tanınmış şəxs Füzulidə idi. Niyə belə yazırlar?! Hamımız orada idik. pizza
Sadəcə Yusif Mustafayev səhər tezdən orada olub onun şəklini çəkib yazıblar ki, ancaq o iştirak edib. Füzulidə hüzr yerindən sosial şəbəkədə canlı yayım da açmışam. Canlı yayıma diqqətlə baxanlar orada digər tanınmışların da iştirak etdiyini aydın görə bilər”.
Həmin görüntüləri təqdim edirik:
Əsmətxanım
Telegram kanalımız