İçkili halda avtoxuliqanlıq edən sürücü tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

İçkili halda avtoxuliqanlıq edən sürücü tutuldu 

Hadisə

27 Aprel 2023 09:31 697


İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, E.Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib. pizza sifarişi

İmişli RPŞ-nin DYPB-də sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!