İcra başçısı Abdin Fərzəliyev su basmış ərazilərdə sakinlərlə görüşdü   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Abdin Fərzəliyev su basmış ərazilərdə sakinlərlə görüşdü - FOTOLAR

Sosial

05 Aprel 2026 21:17 489


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ADSEA-nın Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.

"Yeni Sabah" xəbər verir ki, RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb. Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə salınıb.

RİH başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib. Görüşlərdə subasmaların qarşısını alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqların verildiyi, müvafiq işlərin yaxın zamanlarda görüləcəyi bildirilib. Dominos pizza

Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!