İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü

Kriminal

12 Sentyabr 2025 14:00 465


Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb.

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon icra hakimiyyətinin qəyyumluq şöbəsində baş verib.

Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Şəlalə Ağayeva (soyad şərtidir) oğlu və gəlinini qəyyumluq şöbəsinə gətirib, onların birgə nikahdan olan övladını qəyyumluğa götürmək istəyir. Hadisə yerinə gəlinin anası Rüqəyya Əliyeva (soyad şərtidir) gəlib və Şəlalə ilə Rüqəyya arasında uşağa görə mübahisə yaranıb. Mübahisə nəticəsində Şəhla gəlinini və onun anası Rüqəyyanı yumruqla vurub yıxıb. O, daha sonra Rüqəyyanın saçından tutaraq icra hakimiyyətinin koridorunda sürüyüb. pizza

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağayeva 300 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!