ABŞ-ın Meksika körfəzi sahillərində 3 gün əvvəl meydana gələn "İda" qasırğası nəticəsində ölkənin şimal-şərqində daşqınlar baş verib.
Yenisabah.az xəbər verir ki, nəticəsində ən az 46 nəfər həyatını itirib, Nyu-York metrosu su altında qalıb və təyyarələrin havaya qalxmasına icazə verilməyib.
Xüsusilə Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Konnektikut əyalətlərinə təsir edən qasırğanın yaratdığı daşqında sakinlərin zirzəmilərini su basıb, elektrik kəsilib və evlərin damları zədələnib. Marqarita pizza
"İda" qasırğası bəzi kiçik şəhərlərin tamamilə məhv olmasına səbəb olub.
Telegram kanalımız