İdmançılar niyə məmur olmaq istəyir? 

saytların hazırlanması

Evə çatdırılma

İdmançılar niyə məmur olmaq istəyir? 

İdman

18 Fevral 2022 11:47 1853


Son dövrlər idmançılar arasında dövlət işində çalışmağa meyl artıb. Xarici ölkələrdə idmançılar kariyeralarını bitirdikdən sonra idmanla bağlı fəaliyyətlərini davam etdirirlər. Məşqçilik edib, idmanın sirlərini gənclərlə bölüşürlər. Bizdə isə əksinədir. İdmançılarımız məmur olmağa, vəzifə tutmağa həvəs göstərirlər. Buna səbəb nədir?

Azərbaycan Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu Rafiq Hüseynov Yenisabah.az-a açıqlamasında hər kəsin maraq göstərdiyi işdə çalışmalı olduğunu bildirib:

“İdmançılar dövlət işində işləyə və ya öz fəaliyyətlərini davam etdirə bilərlər. Məsələn Niyazi Əliyev, Rəsul Çunayev idman zalları açıb idman sahəsində fəaliyyətlərini davam etdirirlər. pizza mizza

Eyni zamanda vəzifədə olan idmançılarımız var. Fərid Mansurov İdman Akademiyasının prorektoru, Namiq Abdullayev isə Daxili Qoşunlar İdman Rotasının rəisidir. Yaxın Rusiyanı götürək. Məşhur Aleksandr Karelin idmançıdır, lakin Rusiya Dövlət Dumasında çalışır. Rusiyanın olimpiya çempionu var idi ki, hazırda Osetyanın idman naziridir.

Yəni burada hansısa səbəb yoxdur. Kim hansı işə maraq göstərirsə orada çalışmalıdır. Mən Müdafiə Nazirliyi Mərkəzi İdman Klubunun zabitiyəm. Hərbiçilərin idman fəaliyyəti ilə bağlı işdə çalışıram. Bu çox normaldır. Kimin savadı nəyə çatırsa, o işlə də məşğul olmalıdır”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!