İdmançılarımız Avropada 3 medal qazandı 

saytların hazırlanması

Evə çatdırılma

İdmançılarımız Avropada 3 medal qazandı 

İdman

13 May 2023 12:07 823


Azərbaycanın yeniyetmə taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Multi Avropa Oyunlarında daha 3 medal qazanıblar. 

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, yarışın ikinci günü dayanq üzərinə idmançılardan İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələnib. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb. 

Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub.  Sezar pizza

Beləliklə, milli komanda Multi Avropa Oyunlarını 6 medalla bitirib. Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərliyi etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!