İdmançımız Afinada qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

İdmançımız Afinada qızıl medal qazandı

İdman

05 Mart 2022 22:14 439


Martın 5-də Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların dünya kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib.

Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silvia Matuszaka 15:13 hesabı ilə qalib gəlib. Annanın finalda rəqibi ispan Lusia Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsüm ardıcıl ikinci dünya kubokunun qalibi olub. Sezar pizza

Sablyaçımız daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb.

  •  

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!